İran hökuməti edamdan müxalifləri, eləcə də narazıları qorxutmaq və susdurmaq üçün vasitə kimi istifadə edir.
BUTA.TV xəbər verir ki, bu fikirlər insan haqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən 4 Nobel mükafatı laureatı - Şirin İbadi, Cudi Uilyams, Təvəkkül Kirman və Lima Geboy tərəfindən imzalanan bəyanatda yer alıb.
Nobel Sülh mükafatı laureatları beynəlxalq ictimaiyyəti fəalların həbs və edamlarının dayandırılması üçün İran hökumətinə təzyiqlər etməyə, bütün siyasi məhbusların azadlığı istiqamətində fəaliyyət göstərməyə çağırıblar.
“İranda sistematik gender aparteidi hakimdir. Bu, xüsusilə qadınlara daha çox təsir edir. İnsan haqlarının sistemli şəkildə pozulması insan ləyaqəti və insan hüquqlarına açıq-aşkar etinasızlığın nümunəsidir və beynəlxalq ictimaiyyət bununla bağlı qəti tədbir görməlidir. Tehran hakimiyyəti bu kimi addımlarına görə məsuliyyətə cəlb olunmalıdır".
Qeyd edək ki, cari ildə İran həbsxanalarında 200-ə yaxın məhbus edam edilib.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik