Belarus lideri Aleksandr Lukaşenkonun Azərbaycanda səfərdə olması bu ölkə ilə iqtisadi əlaqələri də gündəmə gətirib.
BUTA.TV xəbər verir ki, Belarusla ticarət dövriyyəsi 2022-ci ildə 363,6 milyon dollar olub və yaxın illərdə bu rəqəmin 1 milyar dollara qaldırılması hədəflənir.
Bəs Belarusdan nə idxal edirik və bu ölkəyə nə satırıq?
Millət vəkili Vüqar Bayramov bildirib ki, 2023-cü ildə iki ölkə arasında 741 adda (kodlu) mal idxal və ixrac olunub. Belarusdan 89.4 milyon dollarlıq meşə materialları, şam ağacı, 20.4 milyon dollarlıq mühərrik benzini, 16.1 milyon dollarlıq sərnişin vaqonları, baqaj və poçt vaqonları, 13.1 milyon dollarlıq kənd təsərrüfatı işləri üçün təkərli traktorlar, 11.6 milyon dollarlıq kartof, 10.7 milyon dollarlıq ağac plitələr, 10.1 milyon dollarlıq dəmiryol və tramvay sərnişin və yük vaqonları, açıq platformalar, 8.7 milyon dollarlıq ağac fanerləri, 8.5 milyon dollar dəyərində ağ şam ağacından və ya küknardan uzununa doğranmış meşə materialları, 6.2 milyon dollarlıq dərman vasitələri, 5.4 milyon dollarlıq kərə yağı, 5.4 milyon dollarlıq ağacdan orta sıxlığı olan, 9 mm-dən çox olan qalınlıqda ağaclifli plitələr (MDF) və s. mallar alırıq:
“İdxaldan fərqli olaraq Belarusa ixrac etdiyimiz malların çeşidi çox deyildir. Belə ki, ötən il Belarusa 5.6 milyon dollarlıq ilkin formalı propilen sopolimerləri, 3.7 milyon dollarlıq 1000 V-dan çox gərginlik üçün elektrik naqilləri, 1.8 milyon dollarlıq reaktiv mühərriklər üçün kerosin yanacağı, 1.6 milyon dollarlıq xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen, 1.4 milyon dollarlıq ev toyuqlarının hissələrə ayrılmış əti, 1.4 milyon dollarlıq konservləşdirilmiş qoz və fındıq, 1.3 milyon dollar dəyərində spirtli içkilər və digər məhsullar göndərmişik”.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik