Ağsu dolaylarında asfalt yol çökdü

16:36 - 19 May 2024 - GÜNDƏM

 Ağsu dolaylarında asfalt yol çökdü

Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb.

BUTA.TV xəbər verir ki, son günlər yağan güclü leysandan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmə əmələ gəlib.

Yolun 147-ci kilometrliyində asfalt qatı və çiyin hissəsində çökmələr əmələ gəlib. Hazırda 147-ci kilometrlikdə yolun bir zolağı tam bağlanıb, avtomobillər yolun digər zolağı ilə növbəli hərəkət edirlər.

Ərazidə xidmət aparan yol polisi avtomobillərin təhlükəsiz hərəkətini təmin edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol