Türkiyənin “Anadolu” agentliyi İran Prezidenti İbrahim Rəisinin də həlak olduğu helikopterin hərəkət marşrutunu təqdim edib.
BUTA.TV xəbər verir ki, agentliyin təqdim etdiyi videoda Rəisinin helikopterinin öncə Araz çayı üzərindəki “Qız Qalası” hidroqovşağının açılış mərasimindən sonra Xudafərin şəhərinə qayıtdığı qeyd olunub.
Daha sonra helikopter İran paytaxtına doğru hərəkət edib və Şərqi Azərbaycanın Uzi və Pir kəndləri arasındakı Dizmar meşəsində qəzaya uğrayıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...