Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında həlak olmaları ilə bağlı başsağlığı verib.
BUTA.TV xəbər verir ki, bu barədə partiyanın sözçüsü Ömər Çelik məlumat paylaşıb.
“İran Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və nümayəndə heyətinin helikopter qəzası nəticəsində həlak olması bizi dərindən kədərləndirdi. İran dövlətinə və qardaş İran xalqına başsağlığı veririk, onların ağrısını bölüşürük”, - partiya rəsmisi vurğulayıb.
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...