O, heç vaxt bizi dəstəkləməyib, verdiyi vədlərə əməl etməyib, atəşkəsə çağırmayıb və yanımızda olmayıb.
BUTA.TV xəbər verir ki, bu sözləri Qəzzanın Deyr əl-Bələh bölgəsindən olan media fəalı Naci Xəzir AFP-yə (Fransa xəbər agentliyi) İbrahim Rəisinin ölümü ilə bağlı müsahibəsində deyib.
“Onun bizimlə heç bir əlaqəsi yoxdur”.
Başqa fəal Bilal Xidri isə bildirib ki, Rəisi hakimiyyətdə olduğu müddətdə Qəzzaya ancaq iztirab və dağıntı gətirib:
“Rəisinin bizim üçün - Qəzza üçün heç bir əhəmiyyəti yoxdur”.
Qeyd edək ki, İranın dəstəklədiyi HƏMAS qruplaşması İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı versə də, fələstinlilər hadisəyə laqeyd yanaşıblar.
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...