Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin müavini Anar İbrahimov Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması və fəaliyyətinin təşkili barədə Fərman imzalayıb.
BUTA.TV xəbər verir ki, fərmana əsasən, "Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə" və Agentliyin strukturu təsdiq edilib.
Qurum Naxçıvanda suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təmin edilməsi, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarı, eləcə də bu sahədə xidmətlər göstərilməsinin təşkil edilməsi, balansındakı su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarətin həyata keçirilməsi, yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqinin aparılması sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirəcək.
Eyni zamanda, həmin Fərmanla Agentliyin tabeliyində "Su Meliorasiya Xidməti" publik hüquqi şəxsi yaradılıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Ali Məclis sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb sədrə təqdim edəcək.
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...