Dünən axşam saatlarında Kirants bələdiyyəsinin zalında toplantı keçirilib. Qubernatorluq işçiləri bir neçə saat ərzində bir qrup kənd sakini ilə təzminat məsələlərini müzakirə ediblər. Söhbət ilk növbədə sərhədin demarkasiyası nəticəsində evlərini itirən kirantslılardan, körpünün təhvil verilməsi ilə bağlı evləri sərhədə düşən şəxslərdən gedir.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Bildirilib ki, hökumət həmin insanlara yeni evlər tikməklə kompensasiya vermək niyyətindədir və onlar artıq kəndin Sovxoz məhəlləsində tikinti işlərinə başlayıblar.
Kəndlilərə bir daha xatırladılıb ki, 24 iyuna qədər evləri boşaltmalıdırlar:
“Yəni iyunun sonunda azərbaycanlılar Kirants sərhədinə yerləşəcəklər”.
Qeyd edək ki, bundan öncə də evləri Azərbaycan ərazisinə düşən sakinlərə evlərini boşaltmaq barədə xəbərdarlıq edilmişdi.
Xatırladaq ki, delimitasiyadan sonra Kirantsda 2 ev, bir mağaza və bir qarajın, eyni zamanda kəndlilərin istifadə etdiyi 50-dən çox torpaq sahəsinin Azərbaycan ərazisinə düşdüyü məlum olub. Belə ki, işğal illərində ermənilər Azərbaycan sərhədini keçərək, burada ev tikiblər və Azərbaycan torpaqlarında əkin-biçin aparıblar.,
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür