Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkədə nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən BUTA.TV-a verilən məlumata görə, keçirilən nəzarət tədbirləri çərçivəsində Gəncə şəhərində yerləşən “İntermedservis” Məhdud Məsuliyyətli Cəmiyyətində ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı ilə əlaqədar 2023-cü ildə aparılmış yoxlama zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılmadığı müəyyən edilib.
Qeyd olunanlarla əlaqədar qanunvericiliyin tələbinə uyğun olaraq, Agentlik tərəfindən İntermedservis MMC-də rentgen aparatlarının fəaliyyəti məhdudlaşdırılıb.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür