“Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili Avro-2024-ün final mərhələsində iştirak edəcək.
BUTA.TV İdman.biz-ə istinadən xəbər verir ki, qolkiper Gürcüstan millisinin qitə çempionatı üçün ilkin heyətində yer alıb.
25 yaşlı əlcək sahibi Almaniyaya aparılmağa namizədlər sırasında olan üç qapıçıdan biridir. Bu üzdən də onun yekun siyahıda da qalacağı gözlənilir.
Əsas yığmada 1 matç keçirən Luka Almaniyaya 3-cü qapıçı kimi yollanmağa yaxındır. Onun yer aldığı milli Portuqaliya, Türkiyə və Çexiya ilə eyni qrupda mübarizə aparacaq.
Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür