Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Fərid Seyidov Prezident Administrasiyanın Hərbi məsələlər şöbəsinə müdir təyin edilib.
BUTA.TV Modern.az-a istinadla xəbər verir ki, Fərid Seyidov indiyədək sözügedən şöbədə müdir müavini vəzifəsini icra edib.
Belə ki, bu ilin yanvarın 11-də Fərid Mirmufid oğlu Seyidov Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsi müdirinin müavini təyin edilib. O, həmin gündən şöbənin sədrinin də vəzifələrini icra edib.
Qeyd edək ki, sözügedən vəzifəni ötən ilin dekabr ayına kimi Məhərrəm Əliyev tutub. O, 2023-cü ilin dekabrın 9-da vəzifəsindən azad edilərək Belarusda fövqəladə və səlahiyyətli səfir təyin olunub.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür