Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 2-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.
DİM-dən BUTA.TV-a verilən məlumata görə, abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)
Qeyd edilib ki, iyunun 9-da keçiriləcək I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahana buraxılış vərəqələri növbəti həftə ərzində DİM-in saytına yerləşdiriləcək.
- İranın dəhşətli zərbəsi: İsrail susdu, Tramp təşəkkür etdi
- Prezident Mingəçevirdə ermənilərin raket atdığı ərazidə...
- Ukrayna vətəndaşları İrandan ölkəmizə təxliyə olundu
- İsrail-İran savaşı bitdi: Kim nələr itirdi?
- MM Ali Baş Komandanı təbrik etdi
- Təbrizli yazıçı həbs edildi
- Bir çox ölkə Azərbaycan qazından istifadə edib...
- Bu sistemi sıfırdan qurmuşuq - Prezident