Ermənistan Azərbaycanla sərhəddə yerləşən Kirants kəndi istiqamətində yeni yolun tikintisinə başlayıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.
O bildirib ki, kəndə getmək üçün iki yol olacaq:
“O yollardan biri demarkasiya prosesi çərçivəsində Azərbaycana təhvil verilən hissənin əvəzinə tikilir. Bu yolun uzunluğu 750 metr olacaq. Yolun tikintisinin iki aya başa çatdırılması planlaşdırılır”, – Sanosyan vurğulayıb.
Qeyd edək ki, delimitasiya prosesi çərçivəsində Kirants ərazisinin bir hissəsi Azərbaycanın nəzarətinə keçməlidir.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür