Polşa hava hücumundan müdafiə sistemlərindən istifadə etməklə Ukrayna ərazisi üzərində Rusiya raketlərinin vurulması ehtimalı nəzərdən keçirilir, lakin hələlik konkret qərarlar yoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsi Pavel Vronski bildirib.
“Bu məsələyə hüquqi və texniki nöqteyi-nəzərdən baxılır, lakin indi heç bir qərar yoxdur”, - deyə o bildirib.
O vurğulayıb ki, Polşanın hava hücumundan müdafiə sistemlərinin Ukraynaya fiziki təhvil verilməsindən söhbət getmir:
"Polşanın hava hücumundan müdafiə sisteminin ölkə hüdudlarından kənarda olması ehtimalı yoxdur".
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski “Röyters” agentliyinə müsahibəsində qonşu NATO dövlətlərindən ölkənin hava məkanında hədəfləri vurmaq üçün döyüş təyyarələrindən və HHM-lərdən istifadə etməyi xahiş etmişdi.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür