Təbrizin Tibb Elmləri Universitetinin xanım tələbəsi Sədəf Heydəri heç bir hökm göstərilmədən təhsil müəssisəsindən qovulub.
BUTA.TV xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Məmurlar Heydərinin Təbriz Universitetinin yataqxanasındakı otağına hücum edib, axtarış aparıb və ona məxsus bir sıra əşyaları müsadirə edərək, tələbəni oradan çıxarıblar.
Məlumata görə, onun təhsilinə qadağa qoyulub.
Məmurlar və universitet rəhbərliyi Sədəf Heydərinin universitetdən və yataqxanadan qovulması səbəbləri ilə bağlı məlumat verməyiblər.
Azərbaycanlı tələbənin yaxınları ilə onun İbrahim Rəisinin ölümü ilə bağlı paylaşımlarına görə cəzalandırıldığını deyirlər.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür