SEPAH helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin dəfn mərasiminə gələn qruplaşmaların başçıları ilə iclas keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
İclasda SEPAH-ın baş komandiri Hüseyn Salami, SEPAH-ın Qüds qüvvələrinin komandiri İsmayıl Qaani, HƏMAS, İslami Cihad, Fələstinin Xalq Qurtuluş Cəbhəsi, Hizbullah, husilər və İraqda İrana bağlı silahlı qruplaşmaların nümayəndələri iştirak edib.
İclasda regionda son hadisələr barədə müzakirələr aparıldığı deyilsə də, görüşün təfərrüatı barədə açıqlama verilməyib.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür