İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı yer Türkiyənin “Akıncı” PUA-sı tərəfindən aşkar edilib.
BUTA.TV xəbər verir ki, bu barədə “TRT Haber”ə Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
“Türkiyə İran üçün çətin gündə onun köməyinə gəldi və mehriban qonşuluğun, dostluğun diktə etdiyi addımları atdı. Nazirimiz (Yaşar Gülər) həmin gün baş verənlərlə bağlı ətraflı danışıb. Hər kəs axtarış əməliyyatını sosial şəbəkələrdə canlı izləyib”, - mənbə bildirib.
Qeyd edək ki, İran Baş Qərargahının məlumatına görə, helikopterin yeri İran silahlı qüvvələrinin PUA-ları tərəfindən aşkar edilib.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür