Avropa Birliyinin (AB) Ermənistandakı nümayəndəsi Vasilis Maraqos və ölkənin Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyan Türkiyə ilə sərhədə gedib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.
Badasyan AB nümayəndəsini əsaslı təmiri başa çatmış "Marqara" nəzarət-buraxılış məntəqəsini göstərib, eləcə məntəqənin infrastrukturu və fəaliyyətinin təşkili qaydaları ilə tanış edib.
Bildirilib ki, "Marqara" nəzarət-buraxılış məntəqəsində dövlət sərhəd nəzarəti "vahid pəncərə" sistemi üzərindən kompleks sərhəd idarəetmə prinsipi əsasında həyata keçiriləcək.
Qeyd edək ki, Türkiyə və Ermənistan arasında sərhədlər 1993-cü ildən bağlıdır.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür