Müdafiə Nazirliyində yeni təyinat olub.
BUTA.TV Unikal-a istinadla xəbər verir ki, müdafiə naziri Zakir Həsənov Rəşad Babayevi Nazirliyin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsinə təyin edib.
Qeyd edək ki, R.Babayev bu təyinatadək Müdafiə Nazirliyinin Hərbi-Texniki Təchizat Baş İdarəsində, ondan əvvəl isə Dövlət Vergi Xidmətində, Gömrük Komitəsində çalışıb.
Xatırladaq ki, MN-in Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi Nəriman Cabbarov bir neçə gün əvvəl sərəncama götürülüb. Onun adı MN-dəki 143 milyonluq cinayət işində keçib və polkovnik məhkəmədə şahid qismində dindirilib. MN-in Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov isə hazırda həbsdədir.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür