Azərbaycanın paraatleti Lamiyə Vəliyeva dördqat dünya çempionu olub.
BUTA.TV xəbər verir ki, o, Yaponiyanın Kobe şəhərində keçirilən yarışda T13 kateqoriyasında 400 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb.
Vəliyeva finişə 55.03 saniyəyə çatıb.
Qeyd edək ki, bu, 22 yaşlı paralimpiya çempionunun ümumilikdə dördüncü dünya çempionluğudur. Lamiyə Vəliyeva Kobedəki turnirin ilk günündə 100 metr məsafəyə qaçışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, ötən il Fransanın paytaxtı Parisdə təşkil edilən dünya çempionatında 100 və 400 metr məsafəyə qaçışda qızıl medala sahib çıxıb.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür