Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) son vaxtlar Myanmada artan münaqişələrlə bağlı bəyanat yayıb.
BUTA.TV xəbər verir ki, Myanmada son aylarda şiddətlənən münaqişələr və mülki əhali arasında artan itkiləri böyük narahatlıq hissi ilə izlədiklərini bildirən XİN bölgəyə humanitar yardımların çatdırılması üçün çağırış edib.
“Son günlərdə başda Rohinqa müsəlmanları olmaqla, Arakan əyalətindəki mülki əhaliyə qarşı edilən hücumlar və on minlərlə insanın yerindən didərgin edilməsinə yol açan hüquq pozuntuları ilə bağlı xəbərlər bizi dərindən kədərləndirir”, - bəyanatda bildirilib.
Nazirlik münaqişə tərəflərini beynəlxalq hüquq və humanitar normalara əməl edərək, mülki əhali və infrastrukturu qorumağa, etnik və ya dini münaqişələri artıracaq hərəkətlərdən çəkinməyə çağırıb.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür