Futbol üzrə Azərbaycan Premyer Liqasının 2023-2024-cü illər mövsümünə yekun vurulub.
BUTA.TV xəbər verir ki, “Azersun Arena”da baş tutan sonuncu – XXXVI turun “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan sonra mövsümün qalibinin mükafatlandırma mərasimi keçirilib.
11-ci dəfə ölkə çempionluğunu təmin etmiş “Qarabağ” komandasına qızıl medallarla yanaşı, çempionluq kuboku təqdim olunub.
Mükafatları futbolçulara AFFA-nın prezidenti Rövşən Nəcəf və digər rəsmi şəxslər veriblər.
Qeyd edək ki, mövsümü ilk pillədə başa vuran "Qarabağ" Çempionlar Liqasına, "Zirə" ikinci sırada qərarlaşaraq Avropa Liqasına vəsiqə qazanıb. "Sabah" üçüncü, "Sumqayıt" isə dördüncü yeri tutaraq Konfrans Liqasında mübarizə aparacaqlar.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür