Mayın 19-da İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması vaxtı İmam Zaman orada olub.
BUTA.TV xəbər verir ki, bu sözləri Nişapur şəhərinin fərmandarı (başçısı) Mehdi Dəvəndə deyib.
“Nişapurda İmam Zamanla əlaqədə olan şəxs prezident və onun yoldaşlarını daşıyan helikopterin qəzaya uğradığı gecə imamı üçbucaq şəklində görüb. Üçbucağın bir tərəfi imamın dayandığı yer, bir tərəfi helikopterin qəzaya uğradığı yer və digər tərəfi isə səkkizinci imamın ziyarətgahı olub”, - Dəvəndə bildirib.
O, adını açıqlamadığı həmin şəxsə istinadən İmam Zamanın həyəcanlı və iztirablı vəziyyətdə helikopter qəzası baş verən yerdə dolandığını, ancaq onları xilas etməyi məsləhət bilmədiyini söyləyib:
“Rəisinin şəhid olması həm özünün, həm də ölkəmizin xeyrinə idi”.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür