Azərbaycanın Donbasa humanitar yardım göndərilməsi ilə bağlı mümkün qərarı Rusiya ictimai rəyi üçün vacibdir.
BUTA.TV TASS-a istinadla xəbər verir ki, bunu Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
“İndi Ukrayna mövzusuna toxunaraq, Azərbaycanın Kiyevə humanitar yardım göstərməsinə diqqət çəkmək istərdim. Və hansısa mümkün paritet və balans yaratmaq üçün Azərbaycanın humanitar yardımının Donbasa göndərilməsi məsələsinin müsbət həlli vacib olardı. Bu, ictimaiyyətimizin, ictimai rəyimizin anlayışı üçün çox mühüm göstərici olardı”, - o bildirib.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür