Ağdam-Xankəndi dəmir yolunun bərpası, yəni yenidən qurulması layihəsi hazırlanır.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı deyib.
“Xankəndi dəmir yolu vağzalının layihəsi mənə təqdim edilmişdir. Yəqin ki, o vağzal bir az fərqli yerdə yerləşəcək, daha uyğun. Ona görə də dəmir yolu ilə buradan - Xankəndidən, Xocalıdan istənilən istiqamətə getmək mümkün olacaq. Həm Bakıya, həm qərb istiqamətinə, Gəncəyə. Ona görə də gediş-gəliş rahat olacaq. İndi Ağdam, Əsgəran, Xankəndi yolunu da genişləndiririk. Siz yaxşı bilirsiniz ki, o yol dar idi.
İndi dördzolaqlı yol olacaq. Yəqin ki, Ağdam-Bərdə yolunu görmüsünüz. Necə də gözəl olub. Bu tərəfdən də Şuşaya cəmi 20 dəqiqəlik yoldur, oradan Laçına. Laçın-Şuşa yolunda bir neçə tunel, körpü inşa edilir. Yəqin ki, siz o yol ilə çox gedib-gəlmisiniz. Hamısı belə serpantin idi. Bu serpantinləri də düzəldirik, körpülər, tunellər. Şuşadan Laçına maksimum 25 dəqiqəyə getmək mümkün olacaq. Deməli, buradan bütün yaxın qonşu rayonlara da gediş-gəliş çox rahat olacaq”, - Prezident qeyd edib.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür