Sosial şəbəkələrdə, xüsusən də Vatsap qruplarında guya Daxili İşlər Nazirliyinin vətəndaşlara xəbərdarlıq etməsi ilə bağlı məlumatlar yayılıb.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, "xəbərdarlıq"da özlərini daxili işlər orqanlarının əməkdaşları kimi təqdim edən, yaxşı geyimli bir qrup insanın qapı-qapı gəzərək, guya əhalini siyahıya aldıqlarını dedikləri, əllərində müvafiq siyahı, Daxili İşlər Nazirliyinin simvolları olan sənədlər və blanklar olduğu, ancaq bu adla evlərdən oğurluq etdikləri kimi iddialar yer alıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur:
“DİN tərəfindən bu məzmunda hər hansı məlumat verilməyib, paylaşılmayıb. Qeyd olunan müraciət və müraciətdə görüntüsü əks olunan şəxslər xarici ölkələrdən birinə aiddir, Azərbaycanla əlaqəsi yoxdur. Ölkəmizdə belə hal olması ilə bağlı polisə vətəndaşlar tərəfindən hər hansı müraciət daxil olmayıb”.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür