Rusiya hökumətinin mövqeyini yaymaqda və Moskvadan maliyyə almaqda şübhəli bilinən “Voice of Europe” xəbər portalı ətrafında yaranmış qalmaqala görə Avropa Parlamentinin ofislərində axtarış aparılır.
BUTA.TV xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.
İddia edilir ki, Avropa Parlamentinin Brüssel və Strasburqdakı binalarında Niderlanddan olan sağçı deputat Marsel de Qraaf üçün işləyən Qiyamo P.-nin ofislərində axtarışlar aparılır:
“O, əvvəllər sağçı populist “Almaniya üçün Alternativ” partiyasından deputat Maksimilian Krad üçün çalışıb. Polşada həbs edilən Rusiya xeyrinə casusluqda şübhəli bilinən şəxsin parlamentə daxil olması ilə bağlı işdə onun rol oynadığı güman edilir”.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür