Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkian növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürəcək.
BUTA.TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
O, seçki fəallığını artırmaq məqsədilə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb:
“İranın daxili və xaricində yaşayan iranlılar arasında ölkədəki seçkilərlə bağlı yaranan inamsızlığı aradan qaldırmaq istəyirəm. Hazırda islahatçı siyasətçilərin namizədliyinin açıqlanmasını gözləyirəm. Araşdırmalardan sonra razılaşma və ya seçkilərə müstəqil şəkildə qatılmaq barədə qərar verəcəm”.
Qeyd edək ki, təbrizli siyasətçi Məhəmməd Xatəmi dövründə Səhiyyə Naziri vəzifəsində çalışıb. O, islahatçı siyasi cərəyanın tanınmış simalarındandır.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür