İran Prezidenti İbrahim Rəisinin helikopterinin təxribat əməliyyatları nəticəsində partladılması ilə bağlı fərziyyə istisna edilir.
BUTA.TV xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının 19 mayda baş verən helikopter qəzası ilə bağlı təhqiqatının ikinci hesabatında deyilir.
“Helikopterin parçaları arasındakı məsafəyə və onların səpələnmə üsuluna əsasən, uçuş zamanı və ya təpənin yamacına dəyməyə bir neçə saniyə qalmış təxribat nəticəsində partlayışın baş verməsi ehtimalı istisna edilir”, - hesabatda vurğulanıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.
Bundan əvvəl Baş Qərargah birinci hesabatını yaymışdı.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür