Xəbər verdiyimiz kimi, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının tapşırığı ilə Ankarada Əhməd Cavad adına İnstitut yaradılıb.
BUTA.TV xəbər verir ki, qərar Əhməd Cavadın anadan olmasının 132-ci ildönümü ilə əlaqədar qəbul edilib.
MHP-nin mərkəzi aparatının binasında fəaliyyət göstərəcək yeni struktura partiya sədrinin baş müşaviri, professor Ruhi Ərsoy rəhbərlik edəcək.
Millət vəkili,Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı İnistitutun yaradılması ilə bağlı MHP sədri Dövlət Baxçalıya məktub ünvanlayıb. Məktubda deyilir:
“Sayğıdəyər Dövlət bəy!
Milliyyətçi Hərəkat Partiyasında türk dünyasının istiqlal şairi Əhməd Cavad adına Əhməd Cavad İnistitutu yaradılmasını böyük sevinclə qarşıladım. Turan ellərində daim “Yol ver Türkün bayrağına” türküsüylə ruhu dolaşan böyük şairimizin adını daşıyacaq inistitutun Türk Dünyası üçün böyük işlər görəcəyinə inanıram.
Xeyirli, uğurlu olsun!
Türkiyə siyasi sistemində milli məfkurənin dönməz daşıyıcısı olaraq Sizə uğurlar arzulayıram!
Tanrı Türkü qorusun!”
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür