Sosial şəbəkələrdə və elan saytlarında avtomobilin dövlət qeydiyyat nişanını gizlətmək üçün müxtəlif qurğular satılır.
Xezerxeber.az-ın məlumatına görə, qayda pozan bəzi sürücülər də cərimədən yayınmaq üçün həmin xüsusi avadanlıqlar vasitəsilə avtomobillərinin nömrələrini gizlədirlər. Sürücülər qurğunu pult vasitəsilə idarə edərək bu yolla istədikləri an nömrəni gizləyə bilirlər. Sözügedən qurğuların qiyməti isə 200 manatdan başlayır.
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Toğrul Nəsirli bildirib ki, həmin qurğulardan istifadə edən sürücülər inzibati məsuliyyətə cəlb olunurlar.
T.Nəsirli qeyd edib ki, ümumiyyətlə, avtomobilin dövlət qeydiyyat nişanına müdaxilə halları tez-tez olur. Sürücülər bu üsulla qayda pozmağın məsuliyyətindən yayınmağa çalışsalar da, aşkarlandıqda daha çox ziyana düşürlər.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə dörd cərimə balı və 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Ətraflı süjetdə:
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür