Çin İsveçrədə keçiriləcək Ukrayna üzrə sülh konfransında iştirak etməyəcəyini təsdiqləyib.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” dörd mənbəyə istinadən məlumat yayıb.
“Pekin dəvəti qəbul etməyib, çünki tədbirdə iştirak etmək üçün onun şərtləri yerinə yetirilməyib. Hansı şərtlərin müzakirə olunduğu açıqlanmır”, - mənbə bildirib.
Bundan öncə “Skay Nyus” da Szinpinin sammitdən imtina etdiyini yazmışdı.
Qeyd edək ki, sözügedən sammit 15-16 iyun tarixlərində İsveçrənin Bürgenstok şəhərində baş tutacaq.
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys