Ağ Ev rəsmiləri ABŞ silahlarından istifadə edərək Rusiya ərazisinə ilk hücumların bir neçə saat və ya gün ərzində başlaya biləcəyini gözləyirlər.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbələrə istinadla məlumat yayıb.
Nəşr bildirib ki, Prezidenti Co Bayden Rusiyaya zərbə endirmək üçün ABŞ silahlarının istifadəsinə icazə verməklə özünün çəkdiyi qırmızı xətti keçib.
Adının çəkilməsini istəməyən mənbə bildirib ki, hazırda qoyulan məhdudiyyətlər sonradan daha da yüngülləşdirilə bilər:
“Bu yeni reallıq və ola bilsin ki, Ukrayna münaqişəsində yeni eradır”.
Qeyd edək ki, ABŞ rəsmi olaraq Rusiyaya öz silahlarından istifadə ilə zərbə endirilməsinə qarşı çıxsa da, Baydenin buna qeyri-rəsmi razılıq verdiyi bildirilir.
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys