Rusiyanın bu ilin yazında Qarabağdan birtərəfli qaydada çıxması çaşqınlıq yaratdı. Son üç onilliyin çox hissəsində azərbaycanlılar və ermənilər bu ərazi uğrunda vuruşublar. 2020-ci ildə Rusiya tərəfindən erməni əhalisini qorumaq səlahiyyətinə malik sülhməramlı qüvvələr daxil olmasaydı, Azərbaycan Dağlıq Qarabağı (keçmiş – red.) tam ələ keçirəcəkdi. Lakin ötən ilin sentyabrında Azərbaycan Qarabağa daxil olanda həmin sülhməramlılar fəaliyyətsiz idilər.
BUTA.TV xəbər verir ki, bu sözləri ingilis politoloq, qafqazşünas Tomas de Vaal “Foreign Affairs” jurnalında dərc edilən həddən artıq təzadlı məqaləsində bildirib.
“Bununla belə, onların 2025-ci ilə qədər davam edən mandatı var idi. Onlar regionda Rusiyanın təsirini proqnozlaşdırmaqla yanaşı, ermənilərdən bəzilərinin Qarabağa qayıtmasına da şərait yarada bilərdilər. Lakin Rusiya regionu tərk etməyi seçməklə Azərbaycana zəfər qazandırdı və Azərbaycan Ordusuna uzun müddətdir “mübahisəli olan ərazi” (Tomas de Vaal Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini “mübahisəli ərazi” adlandırmaqla ciddi qərəz və beynəlxalq hüquqa saymazlıq nümayiş etdirir – red.) üzərində maneəsiz nəzarət əldə etməyə imkan verdi”.
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video