Ermənistan Azərbaycan qoşunlarının Geqarkunikdən (Göyçə mahalı-red) çıxarılması üçün başqa vasitələrə əl atacaq.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə Geqarkunikin qubernatoru Karen Sərkisyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
K.Sərkisyan bildirib ki, Azərbaycan qoşunlarını Geqarkunik bölgəsinin ərazilərindən geri çəkməlidir.
Jurnalistlər “bəs geri çəkilməsələr, hansı addım atılacaq” sualına K.Sərkisyan belə cavab verib:
“Onları geri çəkilməyə məcbur etmək üçün başqa vasitələrdən istifadə olunacaq. Müxtəlif amillərdən istifadə oluna bilər, güc variantı da bura daxildir, amma güc son vasitədir”.
Qeyd edək ki, söhbət 2022-ci ilin sentyabrında Ermənistanın təxribatından sonra sərhəddə baş verən toqquşmadan gedir. O vaxt Azərbaycan ordusu Ermənistanla şərti sərhəddə irəliləyərək, strateji mövqelərə yerləşib. Bu ərazilər əsasən işğal dövründə İrəvanın dövlət sərhədini qanunsuz şəkildə irəli çəkməsi nəticəsində “Ermənistan ərazisinə” çevrilib. Ordumuz bunu bərpa etdi. Ermənistan tərəfi isə iddia edir ki, Azərbaycan qoşunları onların “ərazisindədir”, lakin bu iddialarını isbat edə bilməyiblər. İrəvanda ümid edirlər ki, sərhədin demarkasiyası prosesində Azərbaycan qoşunları əvvəlki mövqelərinə çəkiləcək, lakin rəsmi Bakı bunun olmayacağını qəti şəkildə bəyan edib.
Qubernator K.Sərkisyanın açıqlaması isə göstərir ki, Ermənistan hücuma keçmək və ordumuzu geri çəkilməyə məcbur etmək ssenarisini hazırlayır. Sarkisyanın sözləri bunun rəsmi etirafıdır.
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab