Bəzi sahələrdə Türkiyə Ukrayna ilə əməkdaşlıq edir və eyni zamanda Ukrayna Türkiyəyə qaz ötürən kəmərlərə hücum etməyə çalışır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Peterburq Beynəlxaq İqtisadiyyat Forumu çərçivəsində “Anadolu” agentliyinin müxbiri Yusif Özxana müsahibəsində deyib.
“Bu, zarafat deyil, heç bir şişirtmə də yoxdur. Rusiya elektron döyüş sistemləri tərəfindən zərərsizləşdirilən iki PUA Qara dəniz sahilindəki bu qaz-nasos stansiyasının yanına düşüb. Mən burada bir şey uydurmuram, heç nə icad etmirəm, bu belədir. Sadəcə olaraq, reallıqda baş verənlər barədə dostumuz Prezident Ərdoğana məlumat verin. Qara dənizin dibi ilə salınan bu qaz nəqli sistemini qoruyan gəmilər isə daim bu pilotsuz katerlərin hücumu altındadır”, - Putin bildirib.
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab