Azərbaycan və Ermənistanın BMT yanında daimi nümayəndəliyi Özbəkistanın təşəbbüsü ilə BMT Baş Assambleyasında müzakirəyə çıxarılan və qəbul olunan qətnamə layihəsinə birgə dəstək verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Özbəkistan Prezidenti Şövkət Mirziyayevin 2021-ci ilin sentyabrında BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışı zamanı təklif etdiyi "Mərkəzi Asiya ölkələrinin narkotiklərlə bağlı problemlərin effektiv həlli və aradan qaldırılması üçün vahid cəbhə kimi çıxış etməyə və əməkdaşlığa hazır olması haqqında" qətnamənin konsepsiyası Assambleyada müzakirəyə çıxarılıb.
Müzakirələrdə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin birinci katibi Nərmin Ahəngəri bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələrinin narkomaniya ilə bağlı çağırışlara cavab vermək və narkomaniyadan azad bir cəmiyyət yaratmaq, eləcə də dünyada narkotik probleminin effektiv həllinə və ona qarşı mübarizəyə töhfə vermək qətiyyətini alqışlayır
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı