Qonşu ölkə Gürcüstanda son günlərdə ardıcıl olaraq zəlzələlər baş verib.
Belə ki, iyunun 4-də 4,7 və 5,4 maqnitudalı 2 zəlzələ, ötən gün isə 3,6 ballıq zəlzələ qeydə alınıb.
Bəs, bunun Azərbaycana təsiri ola bilərmi?
BUTA.TV xəbər verir ki, mövzu ilə bağlı Mətbuat.az-a danışan seysmoloq Qulam Babayev Gürcüstanda baş verən yeraltı təkanların Azərbaycan ərazisinə də təsir göstərəcəyini bildirib.
"Azərbaycan nəhəng bir tektonik bölgənin daxilindədir. Ona görə də, təbii ki, təsiri olacaq. Amma nə zaman və hansı gücdə olmasını demək mümkün deyil. Təbii ki, həmin ölkəyə yaxın olan ərazilər, Kiçik Qafqazın şimal yamacı, tektonik zonalar, seysmik aktiv ocaqlar aktivləşə bilər", - seysmoloq deyib.
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı