Fransa Limanlar və Dokerlər Federasiyası həmkarlar ittifaqı (CGT) ölkədə pensiya islahatları ilə bağlı yenidən etiraz nümayişlərinə və tətillərə başlandığını elan edib.
BUTA.TV xəbər verir ki, liman işçiləri və dokerlər iyunda 14 günlük tətilə başladıqlarını bəyan ediblər. İyunun 7-dən liman əraziləri bağlanaraq üç gün davam edəcək “ölü limanlar” əməliyyatına başlanılıb.
Tətilçilər iyul ayında mübarizələrinin daha da gücləndiriləcəyini istisna etmirlər. Hökumətin onların səfərbərliyinə şübhə ilə yanaşdığını deyən Limanlar və Dokerlər Federasiyası həmkarlar ittifaqının baş katibi artıq bütün liman işçilərinin və dokerlərin bir araya gəldiklərini vurğulayıb. Prezident seçkiləri kampaniyası zamanı E. Makronun verdiyi vədə əməl etməməsi liman işçilərini qəzəbləndirib.
“Respublika prezidenti aydın şəkildə demişdi ki, pensiya islahatı liman işçilərinə və dokerlərə şamil edilməyəcək”, - deyə özlərini xəyanətə uğramış hiss edən həmkarlar ittifaqları mətbuata açıqlamalarında bildiriblər.
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı