İsrail ordusu Qəzza zolağı boyunca havadan, qurudan və dənizdən intensiv hücumlar həyata keçirib və nəticədə 200-dən çox adam ölüb.
BUTA.TV xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
Məlumata görə, Qəzzanın mərkəzindəki Deyr əl-Balah və Nuseyrat, cənubda Rəfah şəhərinin qərbindəki evlər və şimalda Qəzza şəhərindəki bir sıra ərazilər xüsusilə hədəfə alınıb.
Qeyd olunur ki, Əksa xəstəxanasına əksəriyyəti uşaq və qadınlar olmaqla çox sayda ölü və yaralı gətirilib.
Qəzza hökumətinin mətbuat xidmətindən verilən açıqlamada isə İsrailin Nuseyrat və digər bölgələrə hücumları nəticəsində 210 nəfərin öldüyü bildirilib.
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...