İndoneziyada itkin düşən 45 yaşlı qadının meyiti piton ilanın qarnından çıxarılıb.
BUTA.TV xəbər verir ki, hadisə Cənubi Sulavesi əyalətinin Kalempanq kəndində baş verib. İyunun 6-da axşam vaxtı Fəridə adlı qadın itkin düşüb. Axtarışa çıxan kənd sakinləri növbəti gün kəndin yaxınlığındakı meşədə qarnı qabarmış tor piton görüblər. Uzunluğu 5 metr olan ilanının qarnını kəsən kəndlilər Fəridənin bütöv meyitini aşkarlayıblar.
Qeyd edək ki, dərisi üzərində tora bənzər naxışlar olduğu üçün torlu piton adlandırılan bu ilan Cənubi və Cənub-şərqi Asiyada rast gəlinir. Nəsli kəsilməkdə olan torlu piton dünyada ən uzun, ağırlığına görə isə anakonda və Burma pitonundan sonra 3-cü ilan növü hesab olunur. İnsanlar tərəfindən dərisinə və tibbdə istifadəyə görə ovlanan torlu pitonlar əsasən onurğalı heyvan və quşlarla qidalanır. Bu ilanlar öz uzunluğunun dörddəbiri qədər və özü ilə eyni çəkidə olan canlıları uda bilir.
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...