Dünyanın daha 17 ölkəsində ərzaqla bağlı vəziyyət yaxın gələcəkdə daha da pisləşə bilər.
BUTA.TV xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Rusiya ofisinin direktoru Oleq Kobyakov deyib.
“Dünyada aclığın artmasına müxtəlif amillər, o cümlədən silahlı münaqişələr, təbii fəlakətlər və qlobal iqlim dəyişikliyi təsir göstərir. Bu baxımdan bir sıra Afrika ölkələri, eləcə də Qəzza zolağı təhlükə altındadır. Ənənəvi aclığın qaynar nöqtələri isə Yəmən, Sudan, Cənubi Sudandır. Ac insanların sayı ilə bağlı sənəd var. Bu, aclığın qaynar nöqtələri deyilən yerlərlə bağlı Ümumdünya Ərzaq Proqramı ilə birgə dərc edilən sənəddir. Hesabatda proqnozlaşdırılır ki, mövcud tendensiyalar davam edərsə, dünyanın daha 17 ölkəsində ərzaq vəziyyəti daha da pisləşə bilər”, - Kobyakov bildirib.
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...