“Nar”ın əsas tərəfdaşlığı ilə bu yayın ən çox gözlənilən tədbirlərindən biri olan “Balloon Festival” yekunlaşdı.
BUTA.TV xəbər verir ki, iyunun 8-9-da Şamaxı rayonunda keçirilən festivalda 20 mindən çox ziyarətçi iştirak etdi.
Sərfəli təkliflərini regionlara daha da yaxın etmək məqsədinə sadiq qalan “Nar” festival zamanı müştərilərinin üstün xidmətlərə asan çıxışını təmin edib. Əsas tərəfdaş olaraq, “Nar” qonaqların səmada hava şarlarından, o cümlədən mobil operatorun brendini əks etdirən hava şarının uçuş mənzərəsindən həzz alması üçün rahat və canlı atmosferin yaradılmasına öz töhfəsini verib. Həmçinin, festival boyunca iştirakçıları maraqlı süprizlərlə sevindirən “Nar”onlara müxtəlif dəyərli hədiyyələr də təqdim edib.
Qeyd edək ki, milli irsin qorunub saxlanması və daha geniş miqyasda nümayiş etdirilməsi “Nar”ın əsas strateji istiqamətlərindəndir. Regionlarda əhəmiyyətli tədbirlərə dəstək verməklə “Nar” turistlər arasında Azərbaycanın ecazkar təbiətinə və zəngin mədəniyyətinə marağı artırır.
“Nar” festivalları, musiqi və idman tədbirlərini müştərilərinə daha da yaxın edərək onlar üçün maraqlı istirahət imkanları yaradır. “Nar”ın dəstəyi ilə həyata keçirilən layihələr haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək mümkündür.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!