İspaniyanın tanınmış tennisçisi Rafael Nadal "Uimbldon" turnirini buraxacaq.
BUTA.TV xəbər verir ki, bu barədə tennis üzrə İspaniya millisinin kapitanı David Ferrer məlumat verib. O bildirib ki, 38 yaşlı idmançı yarışa qatılmaqdan imtina edib.
Titullu tennisçinin qərarının səbəbi hələlik məlum deyil.
Daha əvvəl serbiyalı məşhur tennisçi Novak Cokoviç zədələndiyi üçün "Uimbldon"da iştirak etməyəcəyini açıqlayıb.
Qeyd edək ki, Rafael Nadal karyerası ərzində iki dəfə - 2008-ci və 2010-cu illərdə “Uimbldon” turnirinin qalibi olub.
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!