Bakıda çimərlik satışa çıxarılıb.
BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı elan saytlarında məlumat yerləşdirilib.
Novxanıda yerləşən obyektin ümumi sahəsi 1,1 hektar, tikili sahəsi isə 600 kvadrat metrdir.
Hazırda yüksək məbləğə icarəyə verilən obyekt 3 850 000 manata təklif olunur.
Qeyd edək ki, Azərbaycanda çimərlik mövsümü başlayır. Bununla əlaqədar olaraq, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi çimərliklərdə birgə monitorinqlər aparıblar. Laborator müayinələrin nəticələrinə əsasən, Novxanıdakı çimərliklərdə dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəricilərinin norma səviyyəsində olduğu aşkarlanıb.
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!