Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasına yeni direktor təyin olunub.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, bu vəzifəyə İmran Ağayev təyinat alıb.
Yeni rəhbəri kollektivə ATU-nun rektoru, professor Gəray Gəraybəyli təqdim edib.
Belə ki, yeni direktor təyin edilən şəxs həbsdən yeni çıxıbmış.
Qeyd edək ki, İmran Ağayev FHN-in Modul tipli Hospitalının baş həkimi işləyib. O, koronavirus xəstələrinin FHN hospitalının "VIP korpus"larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib. 2021-ci il aprelin 22-də tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev səkkiz il üç ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını dörd ilə, Ali Məhkəmə isə üç ilə endirib. Beləliklə, bu il aprelin 22-də İmran Ağayev azadlığa buraxılıb.
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!