ABŞ Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərindən ibarət dəstənin Kubaya gəlməsinə cavab olaraq “USS Helena” sürətli sualtı qayığını Quantanamo boğazına göndərib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
Bildirilir ki, sualtı qayıq müntəzəm səfər çərçivəsində sözügedən regiondadır.
Bununla belə, AP iddia edir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayığı Rusiya gəmilərinin səfərinə cavab olaraq “güc nümayişi kimi” körfəzdədir.
Xatırladaq ki, ötən həftə Kuba hökuməti Rusiya donanmasına məxsus “Admiral Qorşkov” freqatı, “Kazan” atom sualtı qayığı, “Akademik Paşin” tankeri və “Nikolay Çiker” qoşqu gəmisinin 12-17 iyun tarixlərində keçiriləcək təlimlərdə iştirak etmək məqsədilə Havana limanında qalacağını bildirmişdi.
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!