Azərbaycan ağırlıqqaldıranı Kamran Xappayev Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında Avropa birinciliyində üç qızıl medal qazanıb.
BUTA.TV xəbər verir ki, 61 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 102 kiloqram çəkini başı üzərinə qaldıraraq bu hərəkətdə birinci yeri tutub.
O, eyni uğura təkanla qaldırma hərəkətində də nail olub. 125 kiloqramı ram edən atlet yenə də rəqiblərini qabaqlayaraq qızıl mükafata sahib çıxıb.
Cəmi 227 kiloqram (102+125) nəticə ilə yekun sıralamada da hər kəsi üstələyən Kamran Xappayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Eyni çəki dərəcəsində çıxış edən Əbdülhüseyn Hüseynov isə cəmi 207 kiloqram (95+112) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub.
Qeyd edək ki, 36 ölkədən 461 (218 qız + 243 oğlan) idmançının iştirak etdiyi yarışa iyunun 24-də yekun vurulacaq.
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!
- Türkiyə Putini gətirmək istəyir ki, nüfuzu qalxsın
- Kreml AZAL-a görə addım atmadı: Təmkinli davranmalıyıq...
- 1891, ermənilərin milli geyimi bu cür olub - Foto
- Ruslar Bakı ilə münasibətlərin gərginləşməsindən narahatdır