Bakıda, “Badamdar” oteldə “Efla Group” Xaricdə Təhsil Mərkəzinin təşkil etdiyi təhsil sərgisi keçirilib.
BUTA.TV xəbər verir ki, “Efla Group”un təsisçisi və direktoru Emil Şahbazov əvvəlcə sərgi iştirakçılarına mərkəz haqqında, daha sonra isə sərgi barədə məlumatlar verib.
“Biz bu sərgidə Dağıstanda fəaliyyət göstərən ali məktəblərin tanıtımını həyata keçiririk. Son illər xaricdə təhsilə marağın artması nəzərə alaraq, ölkəmizə yaxın olan təhsil müəssisələri haqda ətraflı bilgi əldə edilməsi üçün abituriyentlərə fürsət yaratmağa çalışırıq. Əlbəttə, hamımız təhsilin ən önəmli məsələ olduğunu bilirik və istəyimiz də gənclərin doğru seçim etməsinə yardımçı olmaqdır”, - o bildirib.
Emil Şahbazov sərginin bir əsas məqsədinin də Dağıstandakı universitetlərin təhsil prosesi, qaydaları, avantajları haqqında məlumat vermək olduğunu deyib:
“Tədbirdə bir neçə universitetin - Dağıstan Dövlət Pedoqoji Universiteti, Dağıstan Dövlət Xalq Təsərrüfatı Universiteti, Ümumrusiya Ədliyyə Akademiyasının Mahaçqala filialı və Dərbənddə yerləşən Dünya İqtisadiyyatı İnstitutunun rəhbərliyi iştirak edir. Məqsədimiz Dağıstanda fəaliyyət göstərən ali məktəblərin təhsil proseduru, istiqaməti, üstünlüyü haqqında məlumatlar təqdim etməkdir”.
Sərgidə iştirak edən abituryentlərə də fərdi şəkildə məlumatlar verilib və daha sonra media nümayəndələrinin iştirakı ilə konfrans keçirilib.
Konfrans zamanı Emil Şahbazov və Dağıstan universitetlərinin nümayəndələri media nümayəndələrinin suallarını cavablandırıb. Daha sonra sərgi çərçivəsində Dağıstan universitetlərinin nümayəndələri təmsil etdikləri qurumlar haqda ətraflı məlumatları təqdim ediblər.
- Ruslar Bakı ilə münasibətlərin gərginləşməsindən narahatdır
- Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?
- Səməd Seyidovun adından saxta açıqlama yayıldı
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi