Avropa Komissiyası “Əpl” şirkətinin kiçik şirkətlərə rəqabət aparmaq, istehlakçılara tətbiq mağazasında (“Əplstor”) daha ucuz və alternativ proqramlar tapmaq imkanı verməyi nəzərdə tutan yeni AB qanunlarını pozduğunu aşkarlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Quardian” nəşri məlumat yayıb.
Avropa Komissiyası mart ayında başladılan araşdırmadan sonra ilkin nəticələri “Əpl”ə göndərdiyini bildirib.
“Əpl” uzun müddətdir ki, yenilikçi şirkətləri sıxışdıraraq, istehlakçılara yeni imkanlar və seçimlər verməkdən imtina edir”, - Rəqəmsal bazarlar üzrə məsul Avropa komissarı Tyeri Breton X hesabında yazıb.
Qeyd edək ki, yeni rəqəmsal qanunlar “Əpl”dən tərtibatçıların müştərilərini daha ucuz satınalma imkanları haqqında pulsuz məlumatlandırmaq, onları bu təkliflərə yönləndirmək imkanını təmin etməyi tələb edir.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu